22.12.2023 Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Dekabrın 24-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilində təşkil olunacaq yarış 5 gün davam edəcək.
Bakı İdman Sarayında keçiriləcək çempionat yeniyetmələrin mübarizəsi ilə başlayacaq. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.
2023-cü ilə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.
Döyüşlər hər gün saat 09:00-da başlayacaq.
Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə görə (148 sm-dən 180 sm-dək) müəyyənləşəcək. Gənclər 20 çəki dərəcəsində (oğlanlar -45,-48,-51,-55,-59,-63,-68,-73,-78,+78 kq, qızlar -42,-44,-46,-49,-52,-55,-59,-63,-68,+68 kq), böyüklər isə 16 çəki dərəcəsində (kişilər-54,-58,-63,-68,-74,-80,-87,+87 kq, qadınlar -46,-49,-53,-57,-62,-67,-73,+73 kq) mübarizə aparacaqlar.