22.12.2023 ATF rəhbərliyi Qaşım Maqomedov və baş məşqçi Məmməd Abdullayevlə görüşüblər.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov, Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət təftiş komitəsinin sədri Anar Surxayzadə Çinin Usi şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarında lisenziya qazanan Qaşım Maqomedov və baş məşqçi Məmməd Abdullayevlə görüşüblər.
58 kq çəki dərəcəsində yığmamıza Olimpiada üçün ilk vəsiqəni qazanan idmançı döyüşləri, “Böyük Dəbilqə”nin təsnifat və Çempionlar seriyasında 2 qızıl medalı qazanması barədə danışıb. O, yaradılan şərait üçün federasiyaya minnətdarlıq edib.
Məmməd Abdullayev də lisenziyanın asan əldə edilmədiyini bildiyib. O qeyd edib ki, növbəti hədəf lisenziyaların sayının artırılmasıdır.
Federasiya rəsmiləri Qaşım Maqomedova və komandaya uğurlar arzulayıb. Bildirilib ki, Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu iştirak üçün bütün lazımı şərait yaradılacaq.
Sonda xatirə şəkli çəkdirilib