21.08.2023 Parataekvondoçularımız dünya çağırış yarışı üçün Cənubi Koreyaya yollandı

Niderlandda keçirilən Avropa paralimpiya çempionatında uğurlu çıxış edən Azərbaycan parataekvondoçuları Rotterdamdan birbaşa Cənubi Koreyaya yollanıb. Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi komanda Çhunçhon şəhərində G4 kateqoriyalı açıq dünya çağırış yarışında iştirak edəcək.
Avqustun 21-22-də keçiriləcək turnirdə Azərbaycan 3 parataekvondoçu ilə təmsil olunacaq. 40 xal verəcək yarışın ilk günündə təmsilçilərimizdən Sabir Zeynalov (58 kq) dayanq üzərinə çıxacaq. Avqustun 22-də isə İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizəyə qoşulacaq. Hər 3 parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Возможно, это изображение 4 человека и текст «WELCOME 六 FLA이 ··IL 2023 Gangwon Chuncheon World Taekwondo Cultural Festival AZE AZE»