12.01.2023 3 parataekvondoçumuz Paralimpiadaya lisenziya qazanıb

Azərbaycanın 3 parataekvondoçusu Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb. Bununla bağlı Dünya Taekvondosu rəsmi məktub göndərib.
Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqəyə sahib olub. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, “altılıq”da yer alacağı rəsmiləşib.
Parataekvondoçularımız Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.