31.07.2022 Gənc taekvondoçular da dünya birinciliyinə qatılmaq üçün Bolqarıstana yollanıb.

31.07.2022

02-07 avqust tarixlərində Sofiya şəhərində keçiriləcək yarışda  komandamız böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında 15 idmançı təmsil olunacaq.
809 taekvondoçunun iştirak edəcəyi birinciliydə komandamız oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək.
ATF-in vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də hər zamankı kimi mundialda da idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.